BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dünyanın ən qabaqcıl liderləri “vzasos” öpüşürlər şeyxlərlə...”

 

Əfqanıstan barədə oxuyuram, çoxu vəziyyəti belə qələmə verir ki, saf və təmiz, gələcəyə yönəlmiş qüvvələr məğlub oldu, keçmişə aparan qara qüvvələr isə qələbə çaldı, ona görə əfqan xalqı matəm içindədir, hamıya çadra geyindirəcəklər-filan.

 

Amma həqiqət odur ki, gedib əfqan qadınlarına desən ki, evdən başı açıq çıx, 80%-i deyər sən dəlisən, tutun bunu daşa basaq. Qorxuya görə deyil, sadəcə, səmimi qoruduqları öz dəyərlərinə görə.

 

Yaxud zamanında yerli kommunistlər gəlib kəndlilərə torpaq paylayanda çoxu imtina etmişdi ki, haramdır, başqasının malı mənə lazım deyil.

 

Yəni burada yaşayan xalqların hər bir xalqın olduğu kimi öz əqidəsi, öz inamı, öz düşüncəsi, öz mədəniyyəti, öz tarixi ənənələri var.

 

Həmişə istənilən cəmiyətinin inkişafını evolyusiyada görmüşəm, mərhələli şəkildə, pilləkənləri iki-iki deyil, bir-bir aşmaqda görmüşəm.

Çünki təcrübə göstərir ki, kənardan gəlib barmaq edəndə, ay biz sizi şanlı gələcəyə aparacayıq, gəlin əl-ələ tutaq filan, ura-ura, hamısı boş şeydir, işləmir bu, türklər demiş çalışmıyor.

 

Əfqan xalqını buraxmaq lazımdır özü öz taleini müəyyənləşdirsin.

 

İndi bütün dünya oturub əfqanların gününə ağlayır, onlara məsləhətlər verir,  amma əgər hamı onlardan əl çəksə, yavaş-yavaş daha müsbət nəticə əldə etmək olar.

 

Hər bir cəmiyət tərəqqiyə doğru yolunu özü keçməlidir. İllərdi əfqanların üstünə bomba atanlar, bir trilyon dolları ata malı kimi bölüşdürənlər, 20 ilə ölkədə normal həyat qura bilməyənlər indi əqfanların gügünə yanırlar guya.

 

Əl çəkin də onlardan, ucqar kəndə gəlib hamıya şortik geyindirmək olar?

 

Səudiyyə Ərəbistanında insanları baş kəsməklə edam edirlər, qadınlar avtomobil sürmək icazəsini tarixi qələbə kimi dəyərləndirirlər, i şto? Ordu yeridən var ora?

 

Yox, əksinə dünyanın ən qabağcıl liderləri vzasos öpüşürlər şeyxlərlə.

 

Əfqanıstanın demokratik, mütərəqqi, ay nə bilim, müasir düşüncəli adlandırdığımız hökumətini yıxan isə “Taliban” olmadı, korrupsiya, tamah, acgözlük oldu.

 

Yox bir, 300 000 minlik ordu, xa xa, o ordunun 250 mini kağızda idi, onların maaş kartları isə başqa ciblərdə.

 

Nə isə, Allah axırını yaxşı etsin, bircə bizlə işləri olmasın, qalanını özləri bilərlər. Atstante uje at nix, samı razberutsa...

 

Azər Qərib

Tarix: 20 Avqust 2021, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin