Təhsil eksperti hörmətli Kamran Əsədovun müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlar barədə verdiyi şərh məni xeyli təəccübləndirdi. Nədənsə Kamran bəy Təhsil nazirliyinin təşkil etdiyi imtahanların müəllimliyə namizədlər arasında əsasən haqlı narazılıq doğurduğunu unutdurmaq və nazirliyə haqq qazandırmaq üçün dolaşıq ifadələr seçməyə çalışır. Bildirir ki; "əslində, Təhsil Naizrliyi çalışır ki, daha hazırlıqlı, daha bacarıqlı şəxsləri seçsin. Bizim üçün daha bilikli, daha emosional olmayan, proseslərə daha sakit yanaşan müəllimləri seçsin". Sual olunur ki, Təhsil nazirliyinin bu çalışmasını Kamran müəllim öz duyğuları ilə necə öncədən müəyyən edə bilir? Bir imtahanda emosional olmayan şəxsin müəyyənləşməsi üçün hansısa suallar mövcuddurmu? Yaxud da emosional olub, həm də bilikli olan müəllim peyda olanda Təhsil nazirliyi uğurlu nəticə göstərərsə belə, onu gerimi qaytaracaq?
Daha sonra hörmətli Kamran bəy bildirir ki: “Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanının şəffaflığına hər hansı bir şübhə yoxdur. Məsələ keyfiyyət məsələsidir. Yəni tam obyektiv, tam şəffaf imtahanlar keçirilib, amma bu imtahanlar ədalətli deyil. Təhsil Nazirliyi vakant çıxardığı heç bir yeri satmır və heç kim kənar müdaxilə ilə bu yerə heç kimi qəbul etmir. Belə bir fakt yoxdur. Ola da bilməz”. Doğrusu mən də yerlərin satılması barədə çox söz-söhbətlər eşitsəm də, belə bir faktlara malik deyiləm. Ancaq yuxarıda qeyd olaunan bir ifadə düşünürəm ki, uğursuz alınıb. Necə yəni "tam obyektiv, tam şəffaf imtahanlar keçirilib, amma bu imtahanlar ədalətli deyil"? Bu ona bənzəyir ki, "məhkəmə tam obyektiv, tam şəffaf keçib, ancaq qərar ədalətli deyil". Məgər əsas hədəf işə qəbulun ədalətli olması deyil?
İmtahanın ədalətsiz olması məsələsini hörmətli ekspert suallar baxımından izah edir. Yəni onun yanaşmasına görə, suallar daha ədalətli olmalıydı: “Kurrikulumdan sual olmamalıydı. Öncədən müəyyənləşdirilmiş proqram üzrə suallar müəyyən olunmalıydı. Sualların məzmunu ilə bağlı ədalətsizlik var idi. Yəni yaddaş yoxlayan suallar var idi. Ümid edirəm ki, gələcəkdə mütəxəssislər cəlb edilərsə, bu məsələ düzələ bilər”.
Daha nə qaldı? Kurrikulumdan sual salınıb, sualların məzmunu ədalətsiz tərtib olunub və lazımi səviyyədə mütəxəssis cəlb olunmayıb. Gələcəkdə bu yanlışların düzəlməsinə ümid paylayanda, bu gün haqqı tapdalanmış müəllim namizədlərinin taleyini, qırılmış ümidlərini o halda gürməzdən gəlməliyikmi?
Hər halda bu cür şərhin obyektivliyi şübhə doğurur. Obyektiv olan fikir isə bizim ali təhsil müəssisələrimizin əmək bazarı üçün keyfiyyətli kadr hazırlaya bilməməsi barədədir. Burada hörmətli ekspertin təsbiti haqlıdır. Biz hələ də pedoqoji təhsilin fəlsəfəsini mənimsəmiş bir universitet və kollec auditoriyası yarada bilməmişik. Universitetdən məzun olmuş müəllim imtahan üçün əlavə hazırlığa gedirsə, demək ki, o ali təhsilin ciddi bir faydası olmamış.
Fazil Mustafa
Milli Məclisin deputatı
4 Dekabr 21:13
4 Dekabr 21:05
4 Dekabr 20:38
4 Dekabr 20:06
4 Dekabr 19:29
4 Dekabr 18:40
4 Dekabr 18:37
4 Dekabr 18:35
4 Dekabr 18:33
4 Dekabr 18:31
4 Dekabr 18:13
4 Dekabr 18:08
4 Dekabr 17:50
4 Dekabr 17:34
4 Dekabr 17:33
4 Dekabr 17:03
4 Dekabr 16:53
4 Dekabr 16:51
4 Dekabr 16:35
4 Dekabr 16:00
4 Dekabr 15:41
4 Dekabr 15:30
4 Dekabr 15:23
4 Dekabr 14:52
4 Dekabr 14:49
4 Dekabr 14:47
4 Dekabr 14:22
4 Dekabr 14:12
4 Dekabr 13:59
4 Dekabr 13:50
4 Dekabr 13:37
4 Dekabr 13:30
4 Dekabr 13:21
4 Dekabr 13:19
4 Dekabr 13:14
4 Dekabr 13:09
4 Dekabr 13:03
4 Dekabr 12:56
4 Dekabr 12:46
4 Dekabr 12:42
4 Dekabr 12:41
4 Dekabr 12:39
4 Dekabr 12:36
4 Dekabr 12:24
4 Dekabr 12:22
4 Dekabr 12:15
4 Dekabr 12:14
4 Dekabr 12:08
4 Dekabr 12:06
4 Dekabr 12:05
4 Dekabr 11:43
4 Dekabr 11:41
4 Dekabr 11:27
4 Dekabr 11:25
4 Dekabr 11:23
4 Dekabr 11:20
4 Dekabr 11:16
4 Dekabr 10:48
4 Dekabr 10:35
4 Dekabr 10:32
4 Dekabr 10:30
4 Dekabr 10:25
4 Dekabr 10:23
4 Dekabr 10:19
4 Dekabr 10:14
4 Dekabr 10:10
4 Dekabr 10:02
4 Dekabr 09:40
4 Dekabr 09:31
4 Dekabr 09:11
4 Dekabr 09:05
4 Dekabr 08:58
4 Dekabr 08:57
4 Dekabr 08:49
4 Dekabr 08:41
4 Dekabr 08:39
4 Dekabr 08:36
4 Dekabr 08:31
4 Dekabr 08:26
4 Dekabr 08:21
4 Dekabr 08:17
4 Dekabr 08:16
4 Dekabr 08:11
4 Dekabr 08:06
4 Dekabr 08:02
4 Dekabr 07:52
4 Dekabr 07:03
4 Dekabr 07:00
4 Dekabr 06:50
4 Dekabr 06:49
4 Dekabr 06:43
4 Dekabr 01:09
4 Dekabr 01:03
4 Dekabr 00:57
4 Dekabr 00:22
3 Dekabr 23:46
3 Dekabr 23:00
3 Dekabr 22:50
3 Dekabr 21:50
3 Dekabr 20:55
3 Dekabr 20:17
3 Dekabr 19:56
3 Dekabr 19:54
3 Dekabr 19:11
3 Dekabr 18:09
3 Dekabr 17:19
3 Dekabr 17:15
3 Dekabr 16:34
3 Dekabr 16:33
3 Dekabr 16:22
3 Dekabr 14:42
3 Dekabr 14:41
3 Dekabr 14:39
3 Dekabr 14:35
3 Dekabr 14:12
3 Dekabr 13:46
3 Dekabr 13:44
3 Dekabr 13:42
3 Dekabr 13:38
3 Dekabr 13:34
3 Dekabr 12:34
3 Dekabr 12:31
3 Dekabr 11:59
3 Dekabr 11:54
3 Dekabr 11:42
3 Dekabr 11:40
3 Dekabr 11:39
3 Dekabr 10:35
3 Dekabr 10:31
3 Dekabr 10:29
3 Dekabr 10:11
3 Dekabr 09:32
3 Dekabr 09:19
3 Dekabr 09:17
3 Dekabr 09:13
3 Dekabr 09:10
3 Dekabr 09:07
3 Dekabr 09:06
3 Dekabr 09:00
3 Dekabr 07:24
3 Dekabr 01:06
3 Dekabr 00:39
3 Dekabr 00:30
2 Dekabr 22:39
2 Dekabr 22:36
2 Dekabr 22:29
2 Dekabr 21:38
2 Dekabr 20:05
2 Dekabr 19:31
2 Dekabr 19:26
Ən son xəbərləri səhifəmizdən də izləyin