BURADA REKLAMINIZ OLA
BİLƏR

Fuad Nağıyev: “Mən həm poçtalyon, həm sürücü, həm də xarici şirkətdə işləmişəm...”

“Şəhər uşağı”... Bu Bakı jarqonunu hələ Sovet mədəniyyətinin hakim olduğu dönəmdə digər sosialist paytaxtlarında eşitməmişəm. “Şəhər uşağıdır!..” – bu ifadə Azneftdə başlayıb Yasamalda bitən köhnə Bakının ictimai-mədəni təbəqəsinin nümayəndələrinə aid idi. Şəhərlidir, deməli, özümüzünküdür. Axı köhnə şəhərdə az qala hər kəs bir-birini üzdən tanıyırdı. Eyni küçələr, eyni mədəniyyət, eyni dəyərlər, eyni filmlər, kitablar, diskotekalar...

 

Fuad Nağıyevlə fərqli məktəb və ali təhsil müəssisəsində oxusaq da, bizi Bakı küçəsinə aşılanmış eyni dəyərlər birləşdirirdi. O dəyərlər ki, yeni regionun ən iri meqapolisində yuyulub getdi.  

 

O həmişə mənim üçün “şəhər uşağı” olub, və burda nöqtə qoymaq olar. İllər su kimi axıb getsə də, Fuad özünəxas işıqlı təbəssümünü, valideynlərindən miras qalmış ziyalılığını və həyata olan sarsılmaz inamını qoruyub saxlaya bilib...

 

Budur, artıq Turizm üzrə Dövlət Agentliyinin dəhlizindəyəm. Yeyin addımlarla qurumun dəhlizindən keçib gedirəm, pəncərənin arxasındakı kabinetlərdə yaradıcı və azad ruhlu aura hökm sürür. Fuad Nağıyev üzündə təbəssüm qabağıma çıxır. Hətta ən çətin dönəmdə belə, – korona böhranından əziyyət çəkən müasir turist sənayesi isə nəinki çətin, hətta faciəli günlərini yaşayır, – Fuad özünəxas işıqlı təbəssümünü itirmir.  

 

“Mürəkkəb suallar verəcəm”, – turizm nazirinə müraciət edirəm. “Bilirəm, həmişə belə olmusan”, – F.Nağıyev cavab verir.

 

Beləliklə, “Eynulla Fətullayevlə silsilə söhbətlər” rubrikasının bugünkü qonağı Turizm üzrə Dövlət Agentliyin sədri Fuad Nağıyevdir.

 

 

 

- Söhbətə ötən həftənin əsas hadisəsi ilə başlamaq istərdim. Ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinə yekun vuran kədərli hadisədən. Sabiq nazir müavini Rafiq Bayramovun azadlıqdan 8 il məhrum edilməsi barədə hökm oxundu. Elə bu nazirliyin daha bir rəhbər vəzifəsini tutan Zakir Sultanovsa müttəhimlər kürsüsündədir və sərt cəza gözləyir. Siz də uzun illər bu qurumda işləmisiniz...

 

- Hə, 8 il.

 

- Bu Avqi tövlələri necə yaranıb və niyə onları uzun müddət ərzində təmizləmək lazım gəlir?

 

- İstintaq prosesinə və bu iş üzrə məhkəməyə şərh vermək üçün özümü kifayət qədər səlahiyyətli şəxs hesab etmirəm. Bu qurumda 2010-cu ildən işləməyə başlamışam. Yeri gəlmişkən, hüquqşünas kimi. 2003-cü ildə ölkədə korrupsiya ilə mübarizə sahəsində dissertasiya müdafiə edən ilk hüquqşünas oldum. Hərçənd 2010-cu ilə qədər bu sahədə işləməmişəm, özəl sektorda menecment işi ilə məşğul olmuşam. Nazirlikdə dövlət qulluqçusu karyerasına məsləhətçi vəzifəsi ilə başladım. Dörd il sonra məni nazir köməkçisi təyin etdilər. İki il altı aydan sonra isə Turizmin Təbliğatı üzrə Milli Büronun rəhbəri oldum.  “Təbliğat” sözü hardasa sovet neologizmini xatırlatsa da, biz onu özünəməxsus şəkildə adlandırdıq – Turizmin İnkişafı üzrə Milli Büro.

 

2018-ci ildə cənab Prezident yüksək etimad göstərərək, məni Turizm üzrə Dövlət Agentliyinin rəhbəri təyin etdi.   

 

Sözsüz ki, Mədəniyyət və Turizm Nazirliyinin kollektivinə bütünlüklə kölgə salmaq lazım deyil. İstənilən təşkilatda qüsur ola bilər. Mən korrupsiyaya ilk növbədə etik problem kimi yanaşıram. Həyat yerində saymır. Mədəniyyət Nazirliyində yeni simalar meydana gəlib. Onlar islahatlar aparır və yeni yanaşmalar işləyib hazırlayırlar.    

 

- Onda niyə mədəniyyət və turizmi ayırdılar?

 

- Ölkəmizdə turizm sənayesi sürətlə inkişaf etməyə başlayıb. Azərbaycan 2009-2010-cu illərdən başlayaraq, qlobal səviyyədə idman və mədəni tədbirlərini qəbul etməyə başladı – Eurovision, birinci Avropa oyunları... Ölkəyə turist axını başladı, beşulduzlu otellər tikildi, infrastruktur inkişaf etdi. Bakıdakı qlobal tədbirlər turist sənayesinin inkişafına təkan verdi. Turizm yeni səviyyəyə yüksəldi ki, bu da turizmin inkişafı üzrə müstəqil qurumun yaradılması qərarını diktə etdi.  

 

- Deyirsiz ki, dövlət qulluğundan əvvəl özəl sektorda çalışmısız. Niyə şəxsi sahibkarlıqdan uzaqlaşdız? Sıxırdılar (gülümsəyirəm - E.F.)? İşləməyə imkan vermədilər?

 

- Bu, çox maraqlı sualdır. Yox, heç vaxt sıxmayıblar. 1997-ci ildə BDU-nin hüquq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra gələcəyimlə bağlı sual yarandı. Valideynlərim çox istəyirdi ki, hüquq-mühafizə orqanlarında işləyim. Səmimi deyirəm, özümü dövlət qulluğuna hazır saymırdım. Bu, müstəqilliyin ilk illəri idi. Valideynlərimin rəyinin ziddinə olaraq özəl sektorda işləməyə yollandım. Sonra əcnəbi şirkətdə də, sürücü də, poçtalyon da işlədim… AZAL şirkətinin kommersiya strukturuna işə düzəldim. Tikinti sektorunda çalışdım. 2010-cu ildə anladım ki, dövlət strukturlarında çalışmağa hazıram...

 

- Özəl tikinti sahəsi necəsə PASHA-holdinqlə əlaqəli olub?

 

–  Hə, bu yaxşı məktəb idi. Beton zavoduna rəhbərlik etmişəm. Biznes sektorunda iş təcrübəsi mənə dövlət xidmətində çox kömək etdi. Yəni o cümlədən turizm sektoruna şəxsi investisiyaları cəlb etmək nöqteyi-nəzərindən. Əsas məqsədimiz dövlətin yükünün azalması və şəxsi investisiyaların cəlb olunmasıdır. Biz “dövlət-biznes” modeli qururuq ki, bu da artıq öz gerçək barını verir.     

 

- Böyük neft dövrü, necə deyərlər, “möhtəşəm onillik” bitdikdən sonra prezident İ.Əliyev nefti unutmağa çağırdı. Əsas diqqət qeyri-neft sektoruna yönəldi ki, bu sektorun da lokomotivi turizm sənayesi olmalı idi. Lakin turizmin inkişafının ilk illərində qəribə bir təəssürat yaranmışdı: sanki turizm sahəsinin rəhbərləri Sovet metodu ilə hərəkət edirlər. İş statistika xətrinə aparılırdı. Məsələn, Gürcüstan turizm sənayesindən fərqli olaraq, əsas diqqət turizm sənayesinin inkişafına deyil, turistlərin sayına yönəlmişdi. Ərəbləri Staxanov üsulu ilə orta əsrlərdən qaytarırdılar... (Gülümsəyirəm – E.F)    

 

- Azərbaycana turistlərin gəlməsi üçün prezident çox şey edib. Birincisi, turist infrastrukturunun yaradılması üçün çox iş görüldü. 2009-10-u illərdə tikinti bumunun başlanğıcında narazılara da rast gəlmək olurdu: şəhər toz içindədir, hər yerdə betonqarışdıran maşınlar var... Nəticədə nə görürük? Biz ölkəni tanımırıq. Bakı dünyanın ən gözəl paytaxtlarından birinə çevrilib. Göz oxşayır.  

 

O ki qaldı ərəblərə, başa düşün, turist hansı ölkədən gəlməsinə baxmayaraq, turizm sənayesi üçün dəyər kəsb edir. Bu, sınaq idi. Hansısa mənada yeniliyə uyğunlaşma. Üstəlik bu axın mövcud qüsurları üzə çıxardı ki, hazırda biz bütün dünyadan turist axınının astanasında həmin çatışmazlıqlar üzərində işləməyə başlamışıq. Bəli, ümumilikdə əhalinin bir hissəsi narazı idi, sosial şəbəkələrdə də tənqid çox idi. Şəhərimizi ənənələrimizi qulaqardına vuran, fərqli mədəniyyətə və mentalitetə sahib ərəblər basıb... 

 

Lakin 2018-ci ildən başlayaraq, Dövlət agentliyi yaradıldıqdan sonra biz turizm coğrafiyasını genişləndirməyə çağıran yeni konsepsiya üzərində işləməyə başladıq. Və biz gerçək nəticələrə nail olduq.

 

Əgər əvvəllər əsasən Körfəz ölkələrindən gəlirdilərsə, 2019-cu ildən başlayaraq, məsələn, Avropadan gələn turistlərin sayı artmağa başladı.

 

- Qarşılıqlı sual verim. Tez-tez ekspert tənqidi eşidirik ki, dövlət qurumları ölkəyə gələn bütün əcnəbiləri xarici turist kimi qeydə alaraq, statistikanı süni şəkildə böyüdür. Bu dəlilə necə cavab verərdiniz?

 

- Bu yaxşı sualdır. 2018-ci ildə, dövlət agentliyi yaradılandan dərhal sonra biz statistik göstəricilərin düzgün analizi məsələsini qaldırdıq. Yəni gələn turistlərin real mənzərəsi tələb olunur. Statistika üzrə Dövlət Komitəsi ilə birgə işlər apardıq. Əcnəbi ekspertləri cəlb etdik. Beynəlxalq təsnifata görə, əg insan gəldiyi ölkədə 24 saatdan çox qalırsa, turist sayılır. Ancaq iqtisadi nöqteyi-nəzərdən bizi əsas sual maraqlandırır – insan ölkədə nə qədər vəsait xərcləyib? Və heç də hər bir əcnəbi turist sayılmır.

 

2019-cu ildə Azərbaycana 3 milyon 170 min xarici vətəndaş səfər edib. Statistika Komitəsinin rəqəmlərinə görə, onların 2 milyon 800 mindən çoxu turist sayılır.

 

Statistikaya görə, 2021-ci ilin ötən dövrü ərzində Azərbaycana 368 min xarici vətəndaş gəlib. Biz müəyyən edirik – onların nə qədəri biznes və digər işlər üçün, hansı hissəsi turist kimi səfər edir. Bu məlumatları bülletenlərdə əks etdirir və müxtəlif dövlət təşkilatlarına yollayırıq.  

 

- Kənardan baxaq. Sizə elə gəlmirmi ki, turizmin inkişaf konsepsiyasını hazırlayarkən fundamental səhv buraxılıb. Sanki Azərbaycan müxtəlif üsullarla özü turistlərə cəlb etməyə cəhd edir. Məsələn, pandemiyaya qədər mən aktiv turist idim. 2017-ci ildə Monqolustanı görməyə getdim. Bu mənim böyük Çingizxanın izi ilə gəzmək arzum idi. Heç bir monqol şirkətindən dəvət almadım. Bakıda isə hər şey başqa cür görünür – sanki hamını avtobuslara doldurub Bakıya daşıyırlar. 

 

- Bu marketinqdir. Biz məhsulumuzu satmaq istəyirik. Biz istəyirik ki, çox adamı cəlb edək və onlar ölkəmizdə pul xərcləsinlər. 

 

- Ancaq Azərbaycan iqtisadiyyatı buna hazır deyildi. Prezident “üç ulduzlu otellər”lə bağlı problemlərdən danışıb.

 

- 2019-cu ildə ciddi artım oldu, sahibkarlar “üç ulduzlu otellər” inşa etməyə başladılar. Gesthauslar açıldı.  Bacardıqca bu proseslərə dəstək olduq.  Bazar iqtisadiyyatı şəraitində yaşayırıq və hər şey tələbat-təklif münasibətləri sistemi əsasında tənzim olunur.  Yəqin ki siz otellərdəki qiymət siyasətinə də toxunacaqsınız.  Biz Gürcüstandakı vəziyyətlə müqayisəli analiz aparırıq. Tam məsuliyyət ilə deyəcəm - bizdə qiymətlər qonşu ölkələrdəkindən bahadır.

 

Digər tərəfdən, biz investisiya mühitinin formalaşması, turizm sənayesində rəqabət imkanlarının genişlənməsi üzərində işləyirik. Mən tez-tez bölgələrə gedirəm, orada butik otellərin, gesthausların, üç ulduzlu otellərin sayının artmasını görürəm.  İnsanlar turistləri qəbul etmək istəyirlər və buna hazırdırlar.  Bu cür bolluqda qiymət sənayesini tənzim etmək asandır.

 

Fikrimcə, iqtisadiyyatımız turistlərin qəbuluna hazırdır. Baxın, Bakıda və bölgələrdə nə qədər restoran açılıb?! Hətta pandemiya şəraitində restoran biznesi yetərincə effektiv çalışır.

 

- Turizm yekcins deyil.  Bizim milli platformamıza əsaslanaraq deyə bilərsizmi ki, biz hansı turistə üstünlük veririk? Bu cür məqsəd və vəzifə qarşıya qoyulubmu? Biz hansı turisti arzulayırıq? Restoranda yaxşı yeyib, rahat oteldə yatıb ov edən və ölkəyə şüşədən orta statistik ərəbi? Yoxsa intellektual turizmə ümid bağlayırıq?

 

- Hər bazarı ayrılıqda öyrənirik.  Tələbata uyğun təklif formalaşdırırıq.  Turistləri cəlb etmək üçün prioritet bazarlarımız var, böyük işlər görülür. Biz məhsullarımızı  və müxtəlif sahələrdəki xidmətlərimizi fəal şəkildə alan turistlərə meyllənirik.  Və iqtisadi mənfəət gətirən turistə sərmayə qoyuruq.

 

- Deyə bilərikmi ki, Azərbaycan ərəb və iranlı turistlər üçün maraqlı Tailand idi?

 

- Gələn turistlər keyfiyyətli xidmət görmək, buna görə yaxşı qiymət ödəmək, zövq almaq və evə dönmək istəyirlər. Ərəb turistləri Azərbaycana əhalisinin əksəriyyəti müsəlman olan, vizalar əlçatan, gözəl şəhərləri və təbiəti olan ölkə kimi gəlirlər.  Bakıya düşəndən cəmisi 2 saat sonra onlar cənnət kimi meşəyə, gölün sahilinə çatırlar.

 

- Turizm sənayemizin potensialına qayıdaq.  Siz bir neçə il əvvəl Bakıda ən kütləvi turistin - çinlilərin yoxluğunun əsl səbəbini söyləmişdiniz.  Demişdiniz ki, bunun üçün Bakıda Çin restoranları olmalıdır.  Bizim isə ləziz Çin mətbəxinin normalarına cavab verən bir dənə də Çin restoranımız yoxdur.

 

- Şübhəsiz.  Və təkcə Çin restoranlarından söz getmir.  Bələdçilər, “Çin dili”ni bilən azərbaycanlılar da olmalıdır.  Bunun üçün şərait yaratmaq vacibdir.  Yaponlar üçün həmçinin. Yaponlar narahatlıq bildirirdilər ki, yollarda sanitar qovşaqları yoxdur. Hər turistin üstünlük verdiyi nəsə var və sən bazara gedirsənsə, əvvəlcədən peşman olmamağa hazırlaşmalısan.  Turist keyfiyyətli xidmət görməsə, ikinci dəfə qayıtmayacaq, üstəlik antireklam da təmin olunub.

 

- Sanitar qovşaqlarına görə təşəkkür! Nəhayət ki sizin Agentliyin təşəbbüsü ilə avtomobil magistrallarında onları tikməyə başlayıblar …  Və nəhayət ötən həftə Agentliyiniz bizə İsmayıllı yolunda sanitar qovşağının tikintisinin tamamlanması haqda xoş xəbər yolladı …

 

- Bəli. (Gülür - E.F.)

 

Bu günlərdə biz bir neçə yeni layihənin və məhsulun təqdimatını keçirdik, onların arasında Şimal-Qərb dəhlizinin yeni siması da var idi.  Həmçinin şərab marşrutlarını, restoran biznesi sahəsində yenilikləri, yəhudi irsini təqdim etdik.

 

Yeri gəlmişkən, İsrail turistləri barədə. İsrail turistlərinin cəlb olunması istiqamətində böyük nailiyyət əldə etmişik. 2019-cu ildə Bakıya 240 müfəttiş gəlmişdi. Onlara ölkəni, otelləri, turizm sənayesinin imkanlarını göstərdik, təhlükəsizliyin səviyyəsi ilə tanış etdik.  Nəticədə həmin il ölkəmizə 48 min israilli turist gəldi.

 

- Ümid edirəm, onlar öz evlərinə gələn dağ yəhudiləri deyildi …

 

- Yox, təkcə onlar deyildi.  Gələnlər əsasən Azərbaycana ilk dəfə səfər edən israillilər idi. Yəhudilər dünyanın ən çox səfər edən xalqlarındandır. Yəni, İsrail əhalisinin yarısı ölkələrini hər il bir neçə dəfə tərk edir, niyə də onları özümüzə cəlb etməyək?

 

Biz turistlərə nə təklif edə bilərik? Gözəl istirahət, Azərbaycanın mədəni irsi, o cümlədən, yəhudilərin ölkəmizdəki zəngin tarixi-mədəni irsi ilə tanışlıq.  Azərbaycanda yəhudi mədəniyyəti və tarixi ilə bağlı xüsusi marşrut işləyib hazırlamışıq.  Ciddi bələdçi məktəbi, xüsusi məlumat bazası  hazırlamışıq.  Bu isə yəhudi turistləri güclü cəlb edir.

 

- Mədəni irsdən danışdınız.  Ölkədəki “böyük tikinti” nəticəsində birinci neft bumunun mədəni irsinə - Bakının unikal arxitekturasına dönməz ziyan vurulub. Və bu, mədəniyyət və turizm nazirliyinin tam səhlənkarlığı şəraitində baş verib.  Siz Əbülfəz Qarayevin köməkçisi olmusuz.  Yəni ona deyə bilməzdiniz ki, mədəni irsin məhvi ilk növbədə turizmin inkişafına zərbədir?!

 

- Sizin həyəcanınızı yaxşı baycanın mədəni irsinin 8 obyekti var.  Və bu yaxınlarda bizim qurumun tabeliyinə palçıq vulkanı olan ərazilər də verilib.  Biz orada turizm kompleksinin tikintisinə başlayırıq.

 

Təəssüf ki, sizin söylədiyiniz faktlar da olubvə bu, bəzi icra hakimiyytləri, vətəndaşlar, iş adamları səviyyəsində baş verib. Odur ki, prezidentin söylədiyi kimi, ictimai nəzarət gücləndirilməlidir.

 

Bilirsiz ki, tarixi arxitekturaya vurulan ziyana aidiyyatı olan şəxslər müvafiq cəza alıblar. Ancaq deməzdim ki, tarixi abidələrin qorunması məsələsində vəziyyət acınacaqlıdır. Əksinə, həmin abidələr bərpa edilir, onların qorunması tədbirləri gücləndirilir. Nazirlər Kabinetinin sirkulyarına görə, Azərbaycanda 6 mindən çox mədəni irs obyekti var.

 

Minillik tarixi olan unikal Basqal kəndini götürək. Cənab prezident bizə Basqalın dirçəldilməsi ilə bağlı konsepsiya hazırlamağı tapşırıb.  Bu kənddə hər ikinci bina tarixi abidədir.

 

Bu yaxınlarda Kişdə kollektv məzarlıq tapıldı Nedavno v Kişe obnarujili kollektivnoe zaxoronenie - bardaqda məzar.  Hazırda arxeoloqlar həmin məzarlığın tədqiqi ilə bağlı çox incə şlər görürlər.  Kiş ərazisində Elmlər Akademiyasının 4 ekspedisiyası və 48 mütəxəssisi çalışır.  Şəkidə, Kiş kəndində, unikal Xınalıqda, prezidentin dövlət qoruğu elan etdiyi Beşbarmaqda çoc ciddi işlər gedir. Beşbarmaqda qədim şəhərin divarları tapılıb …

 

Biz bütün qoruqlarda eyni vaxtda bütün işləri görə bilmərik. Əvvəlcə həmin ərazilərin koservasiyasını aparırıq, antropogen təsirdən qorumaq üçün oraları qapadırıq, tədqiqat işlərinə başlayırıq, dövlət tərəfindən subsidiyalar ayrılandan sonra isə bərpa işlərinə keçirik.

 

- Sizdən bir xahişim var.

 

- Buyurun, nə xahişdir?

 

- Bəlkə Oğuzu da qanadınız altına alasınız.  Orada qədim alban tarixi məhv olur. Alban məbədləri yer üzündən silinir və bu barədə dəfələrlə yazmışıq.

 

- (Gülür).  Biz hansısa obyekti nəzarətimizə götürə bilmərik.  Bütün bu işləri rəhbərliyin tapşırığı ilə yerinə yetiririk. Sizin fikirlərinizi mütləq Mədəniyyət nazirliyinin rəhbərliyinə çatdıracam. İnanıram ki, onlar bununla məşğul olacaqlar. Ancaq bu cür fundamental məsələlər qısa vaxtda həll olunmur.  Tarixi abidələrin bərpası prosesi vaxt tələb edir. Məsələn, 2018-ci ildə bizə Basqalı bərpa etməyi tapşırdılar. Biz bu qədim sivilizasiyanın tarix, arxeologiya və arxitekturasını öyrənməyə başladıq.  Və yalnız 2 il sonra işlərə start verildi.

 

Bəli, alban abidələri ilə bağlı vəziyyətbizi də bərk narahat edir. Biz sərəncamımızda olan abidələrlə tam ciddiyyəti ilə məşğuluq.

 

- Bir vaxtlar Mədəniyyət nazirliyi Bərdədəki orta əsrlər türbəsini bərpa etmişdi.  Kaş heç etməzdilə. Orta əsrlərin abidəsini müasir İran kaşısı ilə örtdülər …  Unikal abidələri bərpa etməklə biz intellektual turisti cəlb edə bilərik. Ona isə alban kilsələrinə də, orta əsrlərin türbəsinə də, XIX əsrin arxitekturasına da baxmaq maraqlı olacaq.

 

Virtualaz.org

Tarix: 23 Avqust 2021, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin