BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Miri: “Məhərrəm ayında iki ay yas saxlamağın heç bir əsası yoxdur”

Məhərrəm ayı ilə bağlı həyata keçirilən tədbirlər sırasında bu ayın nəyə görə 60 gün qeyd edilməsi məsələsi ətrafında müzakirələr səngimir.

 

Pravda.az xəbər verir ki, dinşünas alim Elşad Miri hesab edir ki, əslində bunu məhərəmliyi iki ay keçirənlərdən və bunu tövsiyə edənlərdən soruşmaq lazımdır.

 

“Bu gün televiziya çıxıb populyarlıq qazananlar deyirlər ki, bu aylarda toy edənlərin uşaqları xoşbəxt olmayacaqlar. Doğulan uşaqlar şikəst olacaq. Yəni, bu sualı da, bu iddiaları irəli sürənlərdən soruşmaq lazımdır. Bu ciddi biabırçılıqdır və məsələni qaldırmaq lazımdır. Hələ bununla bağlı ilahiyyatçılarla debat təşkil edib məsələləri müzakirə etsələr görün nələr ortaya çıxar.

 

Ona görə də iki ay saxlamağın heç bir əsası yoxdur. Peyğəmbərimizin özünün sağlığında 6 övladı öldü. 3 qızı, 3 oğlu, 3 həyat yoldaşı vəfat elədi. Əmiləri vəfat elədi. Hətta ciyərləri çıxarılan, qulaqları qoparılaraq vəhşicəsinə öldürülən əmisi Həmzə üçün Peyğəmbərimiz özü yas keçirdimi? Bunlarla bağlı bir hüzün mərasim təşkil elədimi? Yaxud, Hüseynin anası Fatimə anamız 632-ci ildə vəfat etdiyi vaxt ona yas tutuldumu? Ondan sonra imam Hüseyn 10 illərlə yaşadı. Qətlə yetirilənə qədər nə vaxtsa belə bir hüzn məclisi qurdumu, yas saxladımı.

 

İkinci bir məsələ, həmin imam Hüseynin atası, imam Əli Məsciddə qətlə yetirilib. Onun özü 661-ci ildə vəfat edən atasına yas saxladımı? Ondan sonra öz qardaşı imam Həsən 669 cu ildə zəhərləndirilərək öldürülür, ona yas saxladımı, xeyir heç bir zaman. Yəni dini tariximizi araşdırıb buna görə hərəkət eləmək lazımdır.

 

E.Miri bütün bunlarla yanaşı hesab edir ki, kim ki, yas saxlayır, həmin günlər toy eləmir, onlara da hörmətlə yanaşmaq lazımıdr.

 

“Başımız-gözümüz üstə yerləri var. Sadəcə din adı altında insanları qınamamalıyıq. Yoxsa bir adam bir adamı sevə bilər. Heç kim buna qarışa bilməz ki, sən bunu niyə sevirsən və yaxud da niyə sevmirsən. Və niyə həmin gün yas saxlayırsan, niyə saxlamırsan. Niyə həmin gün toy edirsən, yaxud etmirsən deyə bilməz. Amma gəlin səmimi olaq. Biz bu gün 21-ci əsrin imam Hüseyni ola bilirikmi? İmam Hüseyn kimi haqsızlığa qarşı gələ bilirikmi? İmam Hüseyn kimi ibadətlərimizi edə bilirikmi?" Bunları soruşmaq lazımdır".

 

Hafta.az

Tarix: 23 Avqust 2021, 23:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin