BURADA REKLAMINIZ OLA
BİLƏR

"Peyvənddən sonra gecə xəlvəti "xolodilnik"də reydlər keçirirəm, şalvar girmir əynimə, sizdə də belədir?"

Peyvənd sevincini yaşayandan bəri onsuz da zəif olmayan iştahım rekordlar vurur, bütün günü çənə işləyir, gecə xəlvəti xolodilnikdə reydlər keçirirəm, şalvar girmir əynimə, sizdə də belədir?


Ona görə də bütün xatirələrim yeməklə bağlıdır.


Bizim vaxtlarda qonaq gedəndə mütləq şəkildə bir karobka kanfet aparılardı, ən geniş yayılmış isə "Çinar" kanfetləri idi.


Elə də asan deyil idi onu tapmaq, məsələn rayonlarda nisbi olaraq 10 manatlıq qutu 15 manata satılırdı.


99.9% hallarda isə bu konfetlər yeyilmirdi, ev yiyəsi hədiyəni tez aparıb şkafın təpəsinə dırmaşdırırdı ki, uşağların əli çatmasın.


Niyə? Çünki həmin karobka artıq bu evin adından digər evə qonaq gedəndə hədiyə edilirdi.


Sonra bunlar dalşe aparırdılar, sonra onlar başqasına təmtərahla təqdim edirdilər ki, "elə indicə aldıq dükandan" və kanfet karobkası beləliklə bütün şəhəri gəzirdi, bəzən isə başqa reqionlara da gedirdi.


Əgər evdə sənə hədiyə edilən qutuya gizli bir işarə qoyub hədiyə aparsaydın, əmin ola bilərdin ki, uzağı bir ilə həmin qutu yenidən sənin evinə qayıdacaq.


Srok qodnosti çatana yaxın isə kanfetlərin həyat dinamikası artırdı, intensivləşirdi, hamı çalışırdı ki, son tarixə qədər kiməsə onları sırısın.


Bir dəfə bizə kanfet gətirdilər uzaq qohumlar, içindən kobra boyda qurt çıxdı, ailəlikcən səhərə qədər onu ovladıq.


Yoxsa elə bilirsiniz indi kiməsə kanfet karobkası aparanda niyə onu dərhal sizin yanınızda açır?


Əmin olmaq istəyir...


Azər Qərib

Tarix: 24 Avqust 2021, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin