BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu rayonlarda yaşayanların nəzərinə: İki gün...

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 15:00-dan başlayaraq 2 (iki) gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Pravda.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.  Qeyd olunub ki, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir. 

Vurğulanıb ki,  görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

Tarix: 25 Avqust 2021, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin