BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi məlumat yaydı

müErmənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Cavab atəşilə qarşı tərəf susdurulub.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tarix: 26 Avqust 2021, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin