BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Vəliyev otelini satışa çıxardı - 5 milyona

 

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu deyilən “Qırmızı Otel”in 5 milyon manata satışa çıxarıldığı iddia edilir.

 

Pravda.az xəbər verir ki, bu barədə Otelin yerləşdiyi Hacıkənd qəsəbəsində söz-söhbətlər dolaşır. İddia olunur ki, məlum sui-qəsd hadisəsindən bu yana Otelin tikinti-tamamlanma işləri durdurulub. Ara-sıra Otelə baş çəkən Vəliyevlər ya maddi sıxıntılar və ya ictimaiyyətə məlum olmayan səbəblər üzündən Oteli satmaq qərarına gəliblər.

 

Xatırladaq ki, sözügedən Otel və əhatəsindəki irihəcmli torpaq sahəsi Gəncə ATS-in mülkiyyəti olub, Elmar Vəliyevin diqtəsilə illər öncə qəsb edilərək köhnə rabitə binası sökülərək yerində Vəliyevə 6 mərtəbəli otel tikilib. Otel tikintisində Gəncə şəhərinin abadlığı üçün nəzərdə tutulan tikinti materiallarından istifadə olunub.

 

Gununsesi.info

Tarix: 26 Avqust 2021, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin