BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Təhsilimizin cavan, iti ayaqları olmalıdır"

"Bəziləri düşünə bilər ki, elə ölkələr var universitetləri qədimdir, ona görə irəlidədir. Amma tamam tərsinədir. Universitetlər qədim də ola bilər, cavan da, amma yeni olmalıdırlar".


Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

E.Əliyev qeyd edib ki, Cənubi Koreyada olduqca gənc bir universitet yaratdılar, Koreya İrəli Texnologiyalar Univerisiteti (KAİST) bu gün ABŞ universitetləri ilə rəqabət aparır: "Onu yaratmaq üçün ABŞ-ın əfsanəvi Massaçusest Texnologiya İnstitutunun köməyindən istifadə etmişdilər. Çox sadədir məsələ! Universitet qocalmaz, yeni, təzə-tər qalar. Təhsil də həmçinin. Bizim müasirliklə ayaqlaşmağımız üçün təhsilimizin cavan, iti ayaqları olmalıdır. Möhkəm və yeriyə bilən.
Amma təhsilimzin ayaqlarının iti olmasından ötrü işlər görülməlidir. Bilgi məhsula çevrilməlidir. Bilgili insan kapitala çevrilməlidir. Bunun yolunu bilirikmi? Çox vacib olan sual budur".

Tarix: 27 Avqust 2021, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin