BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər Tovuzudakı mövqelərimizi atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.

 

Müdafiə Nazirliyindən Pravda.az-a bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.


Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tarix: 27 Avqust 2021, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin