BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mehdilik bizim tənbəlliyimizin nəticəsidir” – Elşad Miri

“Mehdilik bizim tənbəlliyimizin nəticəsidir. İmam Mehdinin gəlişi ilə bağlı Qurani-Kərimdə bircə ayə yoxdur. Quranda kiminsə gəlib insanları xilas edəcəyi qeyd olunmur. İnsan özü etdiyi əməlinə görə cavab verəcək. Mehdinin gəlib Peyğəmbərin edə bilmədiyi nəyisə düzəltməsi mümkün ola bilərmi?”

 

Pravda.az xəbər verir ki, bunu dini məsələlər üzrə ekspert Elşad Miri deyib.

 

Onun sözlərinə görə, ayələrin birində deyilir ki, kim zərrə qədər də olsa xeyir iş görərsə onun, zərərli iş görərsə də onun əvəzini görəcək: “İmam Mehdi gəlib mənim yerimə nə edəcək? Dünyanımı düzəldəcək? Dünyanın düzəldilməsi ilə bağlı prosesləri Allah bizim üstümüzə atır ki, bunu siz edin. Mehdi gələndə hansı məzhəb qəbul edəcək? Bir məzhəbin Mehdi dediyinə, o biri deməyəcək. Allah Quranda peyğəmbərinə deyir ki, sən nə etsən də, insanların əksəriyyəti iman gətirməyəcək. Bu, onu göstərir ki, bu gün dünyada nə qədər insan varsa, peyğəmbər də gəlib cəhd eləsə, onların 51 faizindən çoxu inanmayacaq”.

Tarix: 27 Avqust 2021, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin