BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rasim Quliyevi müdafiə edənlər, qələminizi itiləyin və Aslan İsmayılovu ürəyiniz doyana qədər söyün"

"101 nəfər - millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının sədrləri, media qurumlarının rəhbərləri və jurnalistlər külli miqdarda rüşvət ittihamı ilə həbsdə olan, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Normalda çox gözəl təşəbbüsdür və alqışlanmalıdır, çünki insanın həbsdən azad edilməsinə çağırış çox humanist bir addımdır. Ancaq və lakin… Mənim isə Sizdən bir xahişim var, nə olar bircə dəfə hansısa prinsip sahibi olub, şəxsi maraqlar üst-üstə düşəndə prinsiplərinizdən keçməyin. Siz isə bunu bacarmazsınız, çünki əksəriyyətiniz üçün şəxsi maraqlar hər şeydən üstündür. Hamınız da elə Rasim Quliyevin xeyir-duası ilə yaşıllığı məhv edilib yerində eybəcər binalar tikilən Bakının sakinlərisiniz".


Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.


"İndi özünüzə sual verin, siz, özünüzü ölkənin aparıcı simaları sayanlar, nə vaxt ən azından Bakıda yaşıllıqların qırılmasına, rüşvət müqabilində uşaqların əyləncə yerlərinin, məktəb stadionlarının tikinti meydanına çevrilməsinə, ölkədə olan ədalətsizliyə, bizə Şanlı Qələbə qazandırmış şəhid ailələrinə, qazilərə olan biganəliyə, ölkədə tüğyan edən, gəncliyimizi məhv edən narkotikin yayılmasına, elmin, təhsilin, səhiyyənin bərbad vəziyyətdə olmasına, rayon və kəndlərimizin, istirahət zonalarımızın zibilxanaya çevrilməsinə bu tərkibdə, xor şəklində etiraz edibsiniz?! Siyahıda adları olanlar, qələminizi itiləyin və Aslan İsmayılovu ürəyiniz doyana qədər söyün, təhqir edin, ancaq bir şeyi də unutmayın ki, həyat çox ədalətlidir" - A.İsmayılov qeyd edib.

Tarix: 27 Avqust 2021, 21:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin