BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəramətin atası Şuşaya aparılmamasının səbəbini açıqladı

Tanınmış şair Qəşəm Nəcəfzadə Şuşaya aparılmamasının səbəbini açıqlayıb.


Pravda.az xəbər verir ki, Q.Nəcəfzadə bildirib ki, əvvəlcə onun adı Şuşaya gedənlər siyahısında olsa da, sonradan bilinməyən səbəbdən siyahıdan çıxarılıb:

 

"Sabah Şuşaya şairlərlə mən də gedəcəkdim. Ən böyük arzum və haqqım idi. Adımı Anar siyahıya yazmışdı. Məni çağırmadılar amma... (Şuşa davası eləmirəm, nə xoş ki, Şuşa bizimdir. Sadəcə bir neçə dəfə belə hadisə olub). Adımı nə bilim, kim pozub? 60 yaşımı adlamış bir ziyalı , Əməkdar Mədəniyyət işçisi kimi, tanınmış şair kimi niyə mənim adım mədəniyyət, ədəbiyyat siyahısından pozulmalıdır? Ev, fəxr ad siyahısından pozdular yaxşı elədilər, bəs Şuşaya nə söz? Mən sizə nə pislik eləmişəm, ancaq vətənimə, dövlətimə, xalqıma şeir yazmışam, ayrı nə eləmişəm? Niyə hakimiyyətə qarşı adamın inamını sındırırsınız? Niyə adamı məhv edirsiniz?".

 

Qeyd: Q.Nəcəfzadə yazıçı Kəramət Böyükçölün atasıdır.

Tarix: 28 Avqust 2021, 23:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin