BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar

Azərbaycanı təmsil edən tankçılar "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, tankçılar avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqəsinin “Fərdi sürmə” mərhələsində (sonuncu üçüncü) Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar.

 

Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb.

 

Beləliklə, 11 komanda arasında 4-cü yerdə olan tankçılarımız yarımfinala yüksəliblər.

Tarix: 29 Avqust 2021, 19:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin