BURADA REKLAMINIZ OLA
BİLƏR

Könül Kərimova: "Həkimlərimə təşəkkür edirəm, məni bu şirin həyatdan ayrılmağa qoymadılar"

Əməkdar artist Könül Kərimova bir müddət öncə koronavirusa yoluxduğunu, xəstəliyi ağır şəkildə keçirdiyini açıqlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə müğənni instaqram platformasında məlumat verib.

 

52 yaşlı ifaçı COVID-19-u ciddiyə almadığını, bu səbəbdən çətin günlər keçirdiyini bildirib:

 

“16 gün evdə qaldım, koronavirusdan əziyyət çəkərək yatdım. Hamı kimi məndən də yan keçmədi. Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım. Həkimlərimə təşəkkür edirəm, məni bu şirin həyatdan ayrılmağa qoymadılar”.

Tarix: 30 Avqust 2021, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin