BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Əlibəyli: “Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam"

Teleaparıcı Elçin Əlibəyli arvadı tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, teleaparıcı bu barədə sosial şəbəkə hesabında bildirib:

 

"Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar! Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!".

 

Qeyd edək ki, mətbuatda tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Fotoları təqdim edirik
Tarix: 19 Noyabr 2019, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin