BURADA REKLAMINIZ OLA
BİLƏR

"Plastik əməliyyatların sayını itirmişəm" - Lalə Məmmədova

"Plastik əməliyyatlarımın sayını itirmişəm. Başqaları kimi demirəm ki, oturdum, anadangəlmə dünya gözəli idim".

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Ziq-zaq" proqramında deyib. Müğənni etdirdiyi plastik əməliyyatlardan danışıb:

"Üzümdə təkcə burnuma müdaxilə etdirmişəm. Ana olmuşam, iki övlad dünyaya gətirmişəm. Səhnə adamıyam, nə cür olmalı idi? Elə qadınlar var ki, səhnə adamı deyil, amma özlərinə baxır. Şişirtməklə yox, kəsib-doğramaqla dəyişirəm. Bir şey varsa, gözümə görünürsə, kəsib yox edirəm. Bu mənim daxilimdir, oynanılası nəsə yoxdur".

L.Məmmədova sosial şəbəkədə yeni görünüşünün tənqid edilməsinə münasibət bildirib:

"İnsanları da anlayıram. Amma kiminsə burnu, qulağı xoşuma gəlməsə, yazmaram, niyə bu gündəsən. Gərək daşdan, divardan olasan ki, həmin sözlər sənə təsir etməsin. O qədər həyatları gözəl osun ki, girib mənə nəsə yazmağa vaxtı olmasın".

Axşam.az

Tarix: 30 Avqust 2021, 23:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin