BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov bu rayonlara yeni polis rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

 

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

 

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Tarix: 31 Avqust 2021, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin