BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yəqin ki, Əli Həsənov mırt tutub”

 

 

“KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin məhkəmə prosesi gedir, 20 milyon manat pul mənimsənildiyi iddia olunur. Təbii ki, Vüqar Səfərli bu vəsaiti tək yeyə bilməzdi, daha doğrusu, həzm edilən vəsait daha çoxdur və bunu tək Vüqar Səfərli edə bilməzdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

 

“Maraqlı faktlardan biri odur ki, vəsaitin mənimsənilməsi sxemində "Portos" adlı şirkət də olub - əsl kinoluq mövzudu. Yəqin ki, həmin Fondun baş kuratoru Əli Həsənov mırt tutub - Dümanın məşhur əsərində Portos və dostları "boz kardinal" Rişelyeyə qarşı vuruşurdular, bizim "kinoda" isə "Portosu" məmləkətin "boz kardinalı" Ənvəroviçə xidmət etməyə məcbur ediblər - çünki Əli Həsənovun da kuratoru Mehdiyev idi” – N.Cəfərli qeyd edib.

Tarix: 31 Avqust 2021, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin