BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əbülfəs Qarayev dedi ki, şair, nadanlıq baş alıb gedir...”

 

 

“Əbülfəs Qarayev nazir olan vaxt Gəncəyə Nizami Poeziya günlərinə getmişdik. Nazirlə qısa söhbətim oldu. Dedi ki, şair, nadanlıq baş alıb gedir. Dəli oldum. Dedim, biz bundan şübhələnirik, bu, kimdən şübhələnir. Nəisə - belə belə  söhbətlər. Ürəkləndim, dedim, cənab nazir, Bakıda qəbulunuza gəlmək istəyirəm. Dedi, lap yaxşı. Köməkçisini çağırdı, deyəsən, adı Rafiq idi, dedi, Qəşəm müəllim gələcək, gətirərsən yanıma”.

 

Pravda.az-ın xəbərinə görə, bunu şair Qəşəm Nəcəfzadə bildirib.

 

“Nəisə, gəldik Bakıya. Köməkçiyə zəng vurdum, kimin cavab veməyinə varmadan dedim, Rafiq müəllim, Qəşəm Nəcəfzadədir, Gəncədə Əbülfəs müəllim sizə tapşırmışdı. Nəisə, belə - belə sözlər... Birdən telefonun başındakı adam qayıtdı ki, Qəşəm müəllim, danışan  Əbülfəsdir. Əhd-peymanı xatırlatdım. Dedi, yadımdadır, Rafiqlə tanış gəl yanıma. Səhər də eyni söhbət... Yenə telefonu Əbülfəs götürdü. Yenə əhd-peymanı xatırlatmaq və sair. Yenə də dedi, Rafiqlə danış, gəl. Bəlkə də, telefon paralelmiş. Rafiq yerində  yoxuymuş, nəisə. Səhəri zəng edəndə bu dəfə Rafiq götürdü, yenə xatırlatma, Gəncə, Nizamı və sair. Rafiq dedi ki, nazirlə görüşmək mümkün deyil, baş çox qarışıqdır. Dedim, axı özü dedi ki, gəl. Rafiq də qayıtdı ki, daha cənab nazir deməyəcəkdi ki, qəbul eləməyəcəm. İndi ikisi də yoxdur işdə. Sadəcə, belə xatirələri qalıb. Amma bu yaxşı xatirə də ola bilərdi” – Q.Nəcəfzadə bildirib.

Tarix: 1 Sentyabr 2021, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin