BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın səhiyyə naziri əmr imzaladı

Səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanı vəzifəsindən azad edib.

 

Pravda.az-ın məlumatına görə, Teymur Musayevin müvafiq əmri ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsinə Famil Məmmədov təyin olunub.

 

Qeyd edək ki, Famil Məmmədov bundan əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru vəzifəsində çalışıb.

 

Qaynarinfo

Tarix: 2 Sentyabr 2021, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin