BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nə infarktdan, nə sətəlcəmdən, nə də qarın ağrısından ölən var, dünyasını dəyişənlərin hamısı yalnız koronadan ölür”

Peyvənd olunmayan şəxs işləyə bilməz, yəni dövlət və özəl qurumda çalışıb dolanmaq üçün pul qazana bilməz.

 

Eyni zamanda təhsil də ala bilməz. Qalanları boş şeydi, ticarət mərkəzləri filan, amma əsas iki dəyər peyvənd olunmayanların əlindən alınır.

 

Biri işdir, biri təhsil.

 

Bunun nəyi könüllüdür, kimə lazımdır bu riyakarlıq?  Niyə deyilmir peyvənd məcburidir, bu, daha səmimi olmazdımı?

 

Məhz elə səmimiyətin olmaması insanların etibarını kökündən qırır. Mən özüm peyvənd olundum, çünki işim elədir ki, bir çox yerlərdə görüşlərim olur və s. Həm də, daxili ehtiyat da var, yaş artıq 60-dır, media xox gəlir, plyus tanışlar yoluxur, fikirləşdim ki, cəhənnəmə, vurum getsin. Amma peyvənd vurdurmaq istəməyənləri də anlayıram, bu, normal prosesdir, təzyiq artıqca müqavimət də artır. Çünki təbliğatda qeyri-müəyyənlik var, mətbuat müxtəlif xəbərlər yayır, biri deyir, peyvəndin xeyiri yoxdur, sadəcə, ölmürsən, biri deyir, xeyri var, sadəcə, bundan yox, digərindən vurdumaq lazımdır, biri deyir, 6 aydan sonra 3-cü doza vurulacaq, sonra 4-cüsü, ömür boyu-filan, bla-bla-bla, beyin şişir oxuyanda...

 

Üstəlik peyvəndin gələcəkdə fəsadları haqqında heç kim heç nə deyə bilmir, pafoslu çağırışlardan başqa inandırıcı rəylər yoxdur. Bu isə anlaşılandır, belə nəticələr üçün illər lazımdır. Hələ mən İsveçlə Belarusu demirəm, gözləri deşirlər öz təcrübələri ilə. Bəs İsrail? Əhalinin 80%-nə zırradılar iynəni, özü də peyvəndlərin ən qlamurnusunu vurdular, i şto? İndi xəstəlik və ölümün sayına görə zəbt ediblər birinci yerləri. Bəs onda niyə vururdular, sual çıxır ortaya? İsveç heç bir ciddi karantin tədbirlərinə əl atmadı, top kimidirlər, heç də panikaya düşən ölkələrdən fərqlənmir vəziyyətləri. Üstəlik tədqiqatlar aparıblar və məlum olub ki, peyvənd vurduranların xəstəliyə dözümü vurdurmayanlardan çox deyil. Bunu İsveçin aparıcı epidemioloqu, həmin siyasətin müəllifi deyir, mən yox. Eyni zamanda, insanlar baxırlar ki, xəstələnənlərin çoxu bu azarı normal keçirir, mən qarışıq. Peyvənd vurduranların xəstələnməsi isə skepsisi daha da artırır. Bəs digər xəstəliklər necə oldu? Əgər fikir vermisinizsə, dünyada və bizdə bütün xəstəliklər "yox" olub. Nə infarktdan, nə xərçəngdən, nə sətəlcəmdən, nə də qarın ağrısından ölən var, dünyasını dəyişənlərin hamısı yalnız bundan ölür, adını də çəkmək istəmirəm xəstəliyin.

 

İnsanlar da qalırlar belə ki, kimə inanaq? O gün bir tanışımla söhbət edirəm, deyir mənim bir sıra xroniki xəstəliklərim var, gedib həkimdən soruşuram ki, zəmanət verirsinizmi mən peyvənd vurdursam, problem çıxmaz? Həkim deyir, yox, mən belə zəmanət verə bilmərəm. Bəs bu yetim neyləsin? Ölkənin yarısı müxtəlif xəstəliklərdən əziyyət çəkir, üstəlik iki ildir, həmin xəstəlikləri müalicə edən yoxdur, hamının başı "tac xəstəliyi"nə qarışıb. Özü də sizə deyim, peyvənd əleyhinə olanları cahil, nadan adlandırmaq da düzgün deyil. Belələri istənilən düşərgələrdə var, özüm gördüm o gün. Amma mən insanlar tanıyıram ki, savadlıdırlar, düşüncəlidirlər, həyatda uğur qazanıblar, sahələrində qabaqcıldırlar, yüksək dərəcəli mütəxəssisdirlər, di gəl ki, peyvəndə qəti qarşıdırlar. Məcburən vurdursalar da, qarşıdırlar və az deyil belələri. Yəni kim vurdrumaq istəmir o ""tupoy"un biridir" yanaşması yanlışdır. Sadəcə, eyni şeyi deyə bilərəm: məcbur etmək asandır, inandırmaq çətin!

 

İki ilə yaxındır, Operativ Qərargah özünün mətbuat xidmətini yarada bilmir, cəmiyyətlə mütəmadi, fasiləsiz kommunikasiya qura bilmir, sadə suallara cavablar verilmir, niyə? TƏBİB-i o qədər sağdan-soldan vururuq ki, qorxusundan səsini çıxarmır, brifinqdən-brifinqə görürük üzlərini, bəs biz kiminlə danışaq? O deyir, mənlik deyil, bu deyir, mənlik deyil, üçüncüsü deyir, bizə dəymə, biz milli peyvənd icad edirik. Xa-xa-xa, "improtnı"nı güclə vurdurursunuz, millini kim vurduracaq? Nə isə, bircə onu proqnozlaşdıra bilərəm ki, cəmiyyətlə düzgün, bərabər şəkildə, insanlara hörmət edilərək ünsiyyət qurulmazsa, yenə də mübarizlər yekəxanalıq edərək sadə suallara cavab verməsələr, saxtakarlıq artacaq və heç bir həbs bunun qabağını ala bilməyəcək.

 

Bir neçə il əvvəl təmtəraqla qanun qəbul edildi ki, bağlı məkanlarda siqaret çəkmək olmaz, gedin ölkənin kafe-restoranlarını gəzin, bəzi istisnalarla yerlərin çoxunda fıs-sa-fıs siaret çəkilir, adam boğulur tüstüdən. Bu pasport məsələsi də belə olacaq. Çünki nə hotel, nə restoran belə mübarizə metoduna dözə biləcək. Gərək pasportları yoxlamaq üçün əlavə işçi götürəsən, növbələr düzüləcək, axırda müştəri tüpürüb ayrılacaq ki, da nu vas k çortu, heç gəlmərəm. Baxarsınız, çox zaman çəkməz bu qaydalar ya ləğv olunacaq, ya da onlara əməl edilməyəcək, sadəcə, aylıq haqq veriləcək ki, yoxlama gəlməsin. Bəs nə etməli? Nə bilim... Bilsəydim, gedib orda oturardım, mənə də bu mübarizədən bir villadan-zaddan düşərdi. Bütövlükdə isə müşahidə onu göstərir ki, dünyanı rahat buraxmaq istəmirlər beynalxalq mübarizlər, eynəkli efiop başda olmaqla. Yenə həmin söhbət başlayır, həmin vahimələr, növbəti dalğa, növbəti peyvənd, yenə vaxsey mıfseumröm-filan. Bu xəstəliyin ətrafında elə pullar fırlanır ki, amandır, qoymayın. Media qazanır, dərman buraxanlar qazanır, dərman satanlar qazanır, test keçirənlər qazanır, maska istehsal edənlər qazanır, mübarizə aparanlar "osobı" qazanır, cəriməsevərlər də öz yerində, əşşi, hansı birini deyəsən.

 

Bəs uduzan kimdir?

 

Biz…

 

Azər Qərib

Tarix: 2 Sentyabr 2021, 19:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin