BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Məmmədov: "Məhərrəmlikdə toy etmək olmaz" fikri düşmənlərimiz tərəfindən ortaya atılıb

“Yenidən, qapanma olsa, toylara qadağa tətbiq olunsa, nə edə bilərəm ki? Dövlət, TƏBİB, Nazirlər Kabineti yanında Operativ Qərargah nə qərar çıxarsa, ona əməl etmək lazımdır”.

 

Bunu Əməkdar artist Cavanşir Məmmədov deyib. Sənətçi Məhərrəmlik ayında toyların keçirilməsi məsələsindən də söz açaraq dininə, Allaha bağlı olduğunu söyləyib: “Lakin dini mövzulardan danışa bilmərəm. Mən dinə dair  sual ünvanlamayın.  Soruşun ki, 50 ildir sənətdəsən, 16 ildir Əməkdar artistsən, sənə niyə Xalq artisti adı vermirlər?  Amma onu bir kənara qoyursunuz. Bütün müğənnilər sözügedən mövzudan danışa bilərlər. Onlara mən cavabdeh deyiləm. Bir də ki, camaat evində ad günü keçirməsin? Bəs televiziyada, radioda konsert-proqramları davam edir ? Qurani-kərimdə yazılıb ki, Məhərrəmlikdə toy etmək olmaz? Bir ilahiyyatçıdan soruşun. Axı həyat dayanır. Bu bizim millətimizin artımının qarşısını almaq üçün düşmənlərimiz tərəfindən səsləndirilən fikirdir. Deyirlər, Ramazan bayramında toy etmək olmaz. Niyə? Xalq uşağına, özünə ad günü keçirir. Yaxşı edir”.

 

Serq.az

Tarix: 2 Sentyabr 2021, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin