BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kiçik padşah" kimi təqdim olunan sabiq icra başçısı futbol komandası yaratdı

Salyanın "kiçik padşahı” kimi təqdim olunan, 2011-2016-cı illərdə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tahir Kərimov özünə yeni futbol komandası yaradıb.

 

Bakının Nizami rayonunda Tahir Kərimova məxsus futbol komandası fəaliyyətə başlayıb. Komandanın nəzdində yeniyetmələrin futbola cəlb olunması üçün futbol məktəbi də açılıb.

 

Qeyd edək ki, Tahir Kərimov həm də iş adamı kimi tanınır. Azərbaycanın müxtəlif bölgələrində onun özünə və ailə üzvlərinə məxsus bir sıra şirkətlər var.

 

Qaynarinfo

Tarix: 3 Sentyabr 2021, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin