BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ən böyük arzum buradan köçməkdir" - Zümrüd

Aparıcı Zümrüd Bədəlova sosial şəbəkə izləyicilərinin suallarını cavablandırıb.

 

Zümrüd Bədəlova ilə qısa müsahibəni təqdim edirik.

 

- Keçmiş həyat yoldaşınızı hələ də sevirsiniz?

 

- Mən ürəyimlə deyil, məntiqimlə ailə qurdum. Əziz qızlar sevin, dəli kimi vurulun və yuva qurun.

 

- Yalnız bir qadın olaraq qız uşağını böyütmək çətindir?

 

- Allah həm ata, həm də ana olan qadına güc verir.

 

- Yeni Yasamalda yaşayırsınız?

 

- Təəssüf ki, bəli. Ən böyük arzum buradan köçməkdir. Səbəbləri çoxdur.

 

- Qızınız atası ilə görüşür?

 

- Ancaq görüntülü danışırlar, atası burada yaşamır.

 

- Sevgiliniz varmı?

 

- Yalnızam...İnanın ki, tək olmamağı sizdən çox arzu edirəm. Amma olmur. Gözəlliklə deyil, şans, naxış söhbətidir.

 

Teleqraf

Tarix: 4 Sentyabr 2021, 16:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin