BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə başladı

“Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir”.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernizasiya və təlim fəaliyyətlərinə dəstək verir.

 

Bu çərçivədə Azərbaycan və Türkiyə arasında birgə işin təşkili, təlim planlaşdırılması, idarə və icra əsaslarının uyğunlaşdırılması üçün “Qardaş Tuqay” lahiyəsinə başlanılıb.

 

Hazırda Azərbaycan Silahlı Qüvvələri personalı ilə birgə TSQ bazasında birgə təlim və tədris fəaliyyətləri davam etməkdədir.

 

“İki dövlət, tək millət” anlayışı ilə kədərdə və qürurda bərabər olduğumuz Azərbaycan türkü qardaşlarımızın haqlı mübarizələrində bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”, - nazirlikdən bildirilib.

Tarix: 5 Sentyabr 2021, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin