BURADA REKLAMINIZ OLA
BİLƏR

Orta məktəblərdə operativ nəzarətçilər təyin edildi

Yeni tədris ilinin başlanması ilə bağlı hər bir təhsil müəssisəsində operativ nəzarət üzrə məsul şəxslər təyin olunub.

Pravda.az-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. O bildirib ki, həmin şəxslər hərarətin ölçülməsi və dezinfeksiya işləri ilə məşğul olacaq: “Əgər məktəbə daxil olan şəxsin hərarəti 37-dən artıqdırsa, müəssisəyə buraxılmayacaq. Dərs vaxtı kiminsə hərarəti qalxarsa, izolyasiya otağına yerləşdiriləcək. Şagirddirsə, valideyninə, böyük şəxsdirsə, səhiyyə müəssisəsinə məlumat veriləcək.

Məktəbdə yoluxma aşkarlanarsa, Gigiyena və Epidemologiya Mərkəzinə məlumat veriləcək, onların iştirakı ilə araşdırma aparılacaq”.

Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Tarix: 7 Sentyabr 2021, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin