BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan yığmasının dünya çempionatında iştirak etməyəcəyi rəsmiləşdi

Azərbaycan millisinin DÇ-2022-də iştirak etməyəcəyi rəsmiləşib.

 

Pravda.az-ın məlumatına görə, Canni de Byazinin yetirmələri artıq indidən turnirə qatılmaq xəyalı ilə vidalaşıb.

 

Bu, Avropa zonası üzrə seçmə mərhələnin VI turundan sonra baş verib. Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamızın möcüzədən asılı olan nəzəri şanslarının üzərindən Serbiya xətt çəkib. Balkanlılar İrlandiya səfərində 1 xal qazanıblar - 1:1.

 

Bununla da 1 xala malik Azərbaycanla liderlərdən uzaq düşüb. Portuqaliya 13, Serbiya 11 xalla autsayderlər üçün əlçatmazdır.

 

Bu isə o deməkdir ki, Azərbaycan qalan üç oyununun hamısında qalib gəlsə belə nəinki 1-ci, heç 2-ci yeri də tuta bilməyəcək.

 

Qeyd edək ki, Avropa zonasında qrup qalibləri Qətər-2022-yə birbaşa vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda Millətlər Liqasından gələcək iki yığma ilə pley-off mərhələlərində 3 yer üçün mübarizə aparacaq.

Tarix: 8 Sentyabr 2021, 00:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin