BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahruddin Məhəmmədəliyev üzr istədi

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasını qəbul edib və 0:3 hesabı ilə uduzub.

 

Pravda.az-ın məlumatına görə, məğlubiyyətə görə yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev üzr istəyib.

 

O, bu barədə özünün instaqram hesabında paylaşım edib:

 

"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".

 

Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi 5 oyundan sonra 1 xalla qrup sonuncusudur.

Tarix: 8 Sentyabr 2021, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin