BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məmur-oliqarxların mədələrinin qurbanı olduq"

 

"Dünən yığmalarımızın, xüsusilə gənclərin böyük hesabla məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan futbolu məhv edilib. Onu xarici transferlərlə, milyonlar investisiya ilə diriltmək olmayacaq. Bu gün legionerlərə xərclənən pullar ikiqat ziyanlıdır. Birincisi, külli miqdarda korrupsiya mənbəyidir, ikincisi isə öz vətəndaşlarımızın idmanına ayrılan pulların xaricilərə səpələnməsidir".

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

 

"İllər öncə məktəb stadionlarının tikinti obyektləri üçün satılması barədə yerindən onlarla videolar paylaşmışam. Azərbaycan Həmkarlar Konfederasiyasının rayon stadionlarını dədə malı kimi satmaları barədə də dəfələrlə yazılarım olub. O vaxtlar birbaşa vəzifə borcları olan Gənclər və İdman Nazirliyi və AFFA ağızlarına su alıb susdular, çünki bütün bu cinayətlərə şərik idilər. İndi də "bəhrə"sini görürlər. Ölkədə futbolun inkişafı üçün birinci növbədə onun kütləviliyini təmin etmək lazımdır. Bunun üçün isə ilk növbədə məhlələrdə, məktəblərdə, rayonlarda futbol stadionları olmalıdır. Məsələ bu qədər bəsitdir. Yenə də məmur-oliqarxlarının mədələrinin qurbanı olduq".

Tarix: 8 Sentyabr 2021, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin