BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş redaktor Ramiz Göyüşovun müdafiəsinə qalxdı: "Günahlarını yazın mənim ayağıma"

"Bilirəm, hər birinizdə çoxlu suallar var. Ancaq Ramiz Göyüşovu yaxından tanıyan, onun xidmətlərini bilən bir insan kimi yazıram. Bu prosesin üstündən keçin, sadəcə, gözünüzü yumun və keçin. İcra hakimiyyətinin əməkdaşı deyil, 30 iyundan YAP sədri deyil. Pensiyada olan ziyalıdır".


Pravda.az-ın xəbərinə görə, bunu "7news.az" saytının baş redaktoru Səbuhi Abbasov deyib.


S.Abbasov bildirib ki, yayılan video montajdır, "fake"dir: "Kibercinayətin qurbanıdır, hər nədir, bu mənə maraqlı deyil. Mən dostlarımın, xətrini əziz bildiyim insanların günahlarını paylaşan birisiyəm və hər birinizdən rica edirəm, bu prosesinin üzərindən sükutla keçin. Dünyada elə bir kişi yoxdur ki, həyatının intim hissəsində səhvləri olmasın. Bu proses ətrafında olan, fırlanan, dönən hər şeyi kənara qoyuram, bir dost, Mingəçevirin inkişafında xidməti olan çox dəyərli bir insanı bir hərəkətə görə ailəsinin, yaxınlarının, əzizlərinin yanında çıxılmaz vəziyyətdə qoymayaq. Hər birimiz kibercinayətin potensial qurbanlarıyıq. Sadəcə, cəmiyyətimizin az qala 95 faizi bu sahədə bilgisizdir və maarifləməyə ehtiyac var. Smartfon işlədən hər birimiz, valideynlərimiz, övladlarımız bu cinayətin qurbanı ola bilərlər. Mənim mənəvi borcum var və mən o borcu ləyaqətlə yerinə yetirməyə hazıram. Ramiz müəllimin günahlarını yazın mənim ayağıma, əgər varsa..."


Qeyd: R.Göyüşovun intim videosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Tarix: 8 Sentyabr 2021, 22:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin