BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri İmarət kompleksini ziyarət ediblər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndələri Ağdama səfər edib.

 

Pravda.az xəbər verir ki, qonaqlar Pənahəli xanın İmarət kompleksini ziyarət ediblər.

 

Qonaqları Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olmuş Ağdam rayon üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Nümayəndə heyətin ermənilən Pənahəli xanın İmarət kompleksində törətdikləri vandallıq aktları, Qarabağ xanlarının dağıdılmış türbələri, o cümlədən şair Xurşidbanu Natəvanın məhv edilmiş məzarı göstərilib.

 

Qeyd edək ki, səfər çərçivəsində qonaqların Ağdam Dram Teatrının binasının qalıqlarını, Ağdam Cümə məscidini, Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəyi gözlənilir.

 

APA

Tarix: 11 Sentyabr 2021, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin