BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramin Bayramlı istefa verdi - Özü açıqladı

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı o, özünün tvitter hesabında yazıb.

 

"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm.

 

İstər 44 günlük haqq savaşımızda, istərsə də, ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm". - deyə R.Bayramlı qeyd edib.

Tarix: 12 Sentyabr 2021, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin