BURADA REKLAMINIZ OLA
BİLƏR

Qulu İbrahimli: “Kesr əməliyyatı ilə uşaq dünyaya gətirməkdənsə, mən kişiliyimlə doğaram”

“Dəblə, modayla uşaq doğan savadsız cahillər! İndi bir kişi üçün 1500 manat qazanmaq o qədər ağır, o qədər sancılı işdir ki, kesr əməliyyatı ilə uşaq dünyaya gərirməkdənsə, mən kişiliyimlə doğaram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qulu İbrahimli bildirib.

 

Onun sözlərinə görə, təbii doğuş həm də uşağın sağlamlığı və gələcək həyata tutumu üçün faydalıdır (Sağlamlığı yol verməyən analar, habelə artıq pulu olanlar üçün bu status istisnadır. Səhhəti təbii doğuşa yol verən və pulu olmayanlar, borcla uşaq dünyaya gətirənlərdən gedir söhbət.)

 

İqtisadçının bu statusu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

O, fikirlərinə aydınlıq gətirib: ““İstisna” sözünün mənasını bilməyən cahillər ehkam kəsir! Qeysəriyyə ilə uşaq doğuşunun artması ilə bağlı - bir az da yumor, obraz qatmaqla - status yazmışam. Statusda “sağlamlıq imkanları yol verməyən analar, habelə pulu olanlar istisnadır” qeyd edilib. Qəribədir ki, içində jurnalist olanlar da olmaqla, “istisna” sözünün mənasını bilməyənlər statusa etiraz etməyə, şəklini çəkərək öz profillərində “filosofluq” etməyə başlayıblar. Bir paylaşıma, fikrə etiraz olarsa, özünə güvənən adamın ən doğru hərəkəti həmin paylaşımın altında şərh yazıb mövqe ifadə etməsi olar. Status sahibinin əks fikirlərlə tanış olmaq imkanı olar, başqaları da sağlam müzakirəyə qoşular”.

Tarix: 12 Sentyabr 2021, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin