BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşada hərbi yürüş keçirildi - VİDEO

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Şuşa şəhərində hərbi yürüş keçirilib.

 

Pravda.az-ın məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş ediblər.

 

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

 

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

 

Tarix: 15 Sentyabr 2021, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin