BURADA REKLAMINIZ OLA
BİLƏR

"İndi məni oranın qapısından içəri buraxmırlar" - VİDEO

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib.

Pravda.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:

"Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım. O vaxt banklar yox idi. Yüzdən çox artistə pul payladım. Xalq artisti Barat Şəkinskaya, Leyla Bədirbəyli, Gülxar Həsənova, Tükəzban İsmayılova, Həbib İsmayılov, Əliağa Quliyev, Sərvər İbrahimov, Tələt Bakıxanov, Nəsibə Zeynalova, İncəsənət Universitetinin bir çox müəllimlərinə pul vermişəm. İndi məni oranın qapısından içəri buraxmırlar. Gedib oranın rektoru ilə görüşə bilmirəm. Bir də Həmid müəllim var idi, çox kasıb idi. İşdən çıxardılar, 2 il ona maaş verdim. Sonra torba boşaldı, əlimə pul gələndə kişi dünyasını dəyişdi".

 

 



Tarix: 17 Sentyabr 2021, 01:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin