BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniyadan Azərbaycana deportasiya edilən jurnalist: “Uşaqlarımın yaşaması üçün bir yol tapacam”

Almaniyadan Azərbaycana deportasiya edilən jurnalist Röya Rəfili açıqlama yayıb.

 

Pravda.az-ın xəbərinə görə, R.Rəfili deyib:

 

“Narahat olan dostların, tanışların diqqətinə: 14 sentyabrda Almaniyadan edilən kütləvi deportasiyada mən və üç uşağım da var. Hazırda korona səbəbindən Bakıda Atletlər kəndində 7-14 günlük karantindəyik. Narahatlığınız və baş verənlər üçün üzgünəm. Yazılan mesajları cavablaya bilməməyimi də üzürlü hesab edin. Bir sözlə belə bizə sevgisini, qayğısını göstərən hər kəsə təşəkkür edirəm. Ümid edirəm, uşaqlarımın yaşaması üçün bir yol tapacam, nigaran qalmayın.

 

Dostlara deyil bu sözüm: Çox şeylərə, haqqımdakı çox şeylərə belə susmuşam və uşaqlarım üçün bundan sonra da belə olacaq. Ancaq uşaqlarımın, xüsusən qızımın adını ağzınıza alıb çeynəyəcək qədər rəzil, şərəfsiz olmayın! Nə əziyyətlərlə böyütdüyüm balalarımı müzakirə haqqını sizlərə verməmişəm. İmkanım olsa, onları bir otağa qapadıb cəmiyyətdəki sizin kimi şərəfsizlərdən qorumaq üçün tam təcrid edərəm... O qədər çoxsunuz ki...”

Tarix: 17 Sentyabr 2021, 22:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin