BURADA REKLAMINIZ OLA
BİLƏR

Faktaraşdırıcı missiya Şuşa, Ağdam və Tərtərdə baş verənlər barədə beynəlxalq təşkilatlara müraciət edəcək

"İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının səfərinin ilk günü bir sıra rəsmi görüşlər keçirib. Növbəti günlərdə isə faktaraşdırıcı missiya həyata keçirilib".

 

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib. Onun sözlərinə görə, nümayəndə heyəti ilə ilk monitorinq Şuşa şəhərində həyata keçirilib: "Şuşada sosial obyektlər, mədəniyyət abidələrinə qarşı törədilən vandalizm aktlarının monitorinqi keçirildi, foto və video çəkildi, dağıntılar qeydə alındı. Ermənilərin 30 illik işğalı dövründə həyata keçirdiyi işğalçılıq siyasəti və Şuşanın mədəni, tarixi, dini abidələri, sosial infrastrukturuna qarşı törədilən vandalizm aktları ilə bağlı qeydlər aparıldı. Eyni zamanda, nümayəndə heyəti Şuşada qısa müddət ərzində yenidənqurmanın da şahidi oldular, dövlət səviyyəsində aparılan bu işlərdən məmnun oldular. Şuşada toplanan faktoloji sübutlar müvafiq hesabatın hazırlanması zamanı istifadə olunacaq. Növbəti gün faktaraşdırıcı missiya Ağdamda olublar. Əvvəl ən müasir və gözəl şəhərlərdə biri olan Ağdamın yerlə-yeksan olunduğunu, dağıntılara məruz qaldığını gördülər. Ağdamı gördüklərimiz vandalizm aktı, xalqın irsinin talanması danılmaz faktdır. Faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan əvvəl ən inkişaf etmiş şəhərlərdən biri olan Ağdamın tarixi, mədəni abidələrinin dağıdılması ilə bağlı monitorinq aparmaq olub. Nümayəndə heyəti sübutlar toplamaq üçün orada olublar, biz orada Minatəmizləmə Agentliyinin bir sıra əməkdaşını fəxri fərmanla təltif etdik. Daha sonra nümayəndə heyəti 44 günlük müharibə dövründə ağır artilleriya və iri çaplı silahlardan hücuma ən çox məruz qalan Tərtərdə olub. Nümayəndə heyəti insan tələfatı baş vermiş və ciddi ziyan görən sosial obyektlərin monitorinqini aparıb. Faktlar müvafiq beynəxalq təşkilatlara ünvanlanacaq və beynəlxalq hüquq çərçivəsində məhkəməyə təqdim olunacaq".

Tarix: 18 Sentyabr 2021, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin