BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Əliyeva Milli Musiqi günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 18 sentyabr - Milli Musiqi günü münasibətilə paylaşım edib.

 

Pravda.az həmin paylaşımı təqdim edir:

 

"18 sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir. Öz sələflərinin nadir irsinə bağlılığı qoruyub saxlamaqla musiqimizi yeni səslər, ifalar və yanaşmalarla zənginləşdirən bütün musiqiçilərə təşəkkürümü bildirirəm. Sizin hamınıza tükənməz ilham, enerji, yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram!"

 

Tarix: 18 Sentyabr 2021, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin