BURADA REKLAMINIZ OLA
BİLƏR

"Crew Dragon" kosmik gəmisi Atlantik okeanına endi

İlk dəfə heyət üzvü mülki şəxslərdən ibarət olan “Crew Dragon” kosmik gəmisi ABŞ-ın Florida ştatının sahillərində Atlantik okeanına enib.

Pravda.az xəbər verir ki, proses “SpaceX” şirkətinin saytında da yayımlanıb.


Kommersiya məqsədli “Inspiration4” missiyası çərçivəsində kosmosa göndərilən gəmi yerli vaxtla təxminən saat 19:00-da atmosferə daxil olub, bir neçə dəqiqədən sonra əsas paraşütləri açılıb.

Kosmik gəmi yerətrafı orbitdə təxminən üç gün qalıb. Bu müddət ərzində ekipaj üzvləri bir sıra elmi araşdırmalar aparıblar. Təcrübələr əsasən çəkisizliyin insan orqanizminə təsiri ilə bağlı olub.

Uçuş zamanı kosmik gəmi Beynəlxalq Kosmik Stansiyanın orbitindən də (təxminən 420 km) yüksək olan 590 km yüksəkliyə çatıb. “SpaceX” qeyd edir ki, insanların olduğu kosmik gəmi sonuncu dəfə bu qədər yüksək orbitə 2009-cu ildə qalxıb. Həmin vaxt “Atlantis” gəmisinin ekipajı “Hubble” kosmik teleskopuna xidmət məqsədilə orbiti 578 km-ə çatan yüksəkliyə qalxmışdılar.

Tarix: 19 Sentyabr 2021, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin