BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat benzinin bahalaşmasına etiraz etdi: “Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu?”

 

“Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyil. Bunlar hansı məntiqlə hərəkət edirlər? Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu?”.

 

Pravda.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

 

O, benzinin qiymətinə ildə üç dəfə artım edilməsinə etiraz edib: “Belə çıxır ki gecə yatıb yuxuda nə görürlər sabah onu həyata keçirirlər. Yoxsa neft ixrac edən bir ölkədə benzinin qiymətinə bir ildə üç dəfə əlavə artım gəlməsi nə deməkdir? Axı yanacağın bahalaşması anındaca bazarda bütün məhsulların qiymətini qaldırır və bunu inkar etmək mümkün deyildir. Qalib bir ölkədə əhalini rəsmi dairələrdən narazı salan belə addımları atanların niyyəti nədir?”.

Tarix: 19 Sentyabr 2021, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin