BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb - Həyat yoldaşından açıqlama

Sumqayıtda iyulun 22-də yaşadığı evi tərk edərək itkin düşən 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı tapılıb.

 

Bu barədə qadının həyat yoldaşı B.Abdulov məlumat verib.

 

B.Abdulovun sözlərinə görə, hüquq-mühafizə orqanlarından ona həyat yoldaşının Bakıda tapıldığı bildirilib. B.Abdulov G.Abdulova ilə bu gün görüşəcək. Xatırladaq ki, qadın iyulun 22-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

 

Qeyd edək ki, qadının iki azyaşlı övladı var. G.Abdulova psixoloji problemdən əziyyət çəkir. O, üçüncü dəfədir evdən gedir.

 

Report

Tarix: 20 Sentyabr 2021, 07:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin