BURADA REKLAMINIZ OLA
BİLƏR

Afət Fərmanqızı Maqsuddan danışdı

 

Müğənni Afət Fərmanqızı axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun saxlanılmasından danışıb.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə danışan ifaçı onun pul almadığı müğənniləri təhqir etdiyini deyib:

 

“Səhər tezdəndən telefonlarım susmur. Məni şantaj, təhqir, təhdid edən şəxs çoxdan tutulmalı idi, bir az gecikib. Normal insan kimisə təhqir etməz. Monitor arxasından nənəm də kimisə təhqir edər. Üzümə deyə bilməzlər. Əziz jurnalistlər, Maqsuda pul verən müğənnilərə zəng edin. Kimləri ki, söymürdüsə, onlar pul veriblər. Onlarda yaxşı məlumatlar var. Artıq canlarına qorxu düşüb, tez bir zamanda adları da məlum olar”.

Tarix: 20 Sentyabr 2021, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin