BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava necə olacaq?

Azərbaycanda sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a

verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-23° isti, Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  65-75 % olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Sentyabrın 25-də gündüz Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°  isti, gündüz 21-25° isti, dağlarda gecə 5-9° isti, gündüz  10-15° isti olacaq.

 

Tarix: 24 Sentyabr 2021, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin