BURADA REKLAMINIZ OLA
BİLƏR

"Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı bundan sonra da prioritet olacaq" - RƏSMİ

“Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısı bundan sonra da prioritet təşkil edəək”.

 

Pravda.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasında bildirib.

 

Baş nazir əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial islahatlar, ictimai iş yerlərinin yaradılması, məşğulluq məsələləri və aztəminatlı əhalinin sosial-rifahının yaxşılaşdırılması bundan sonra da diqqət mərkəzində olacağı vurğulayıb.

 

Şəhid ailələrinə və müharibə əlillərinə maliyyə dəstəyinin göstərilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması məsələsinin bundan sonra da prioritet təşkil edəcək.

Tarix: 24 Sentyabr 2021, 19:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin