BURADA REKLAMINIZ OLA
BİLƏR

“Moskva hər an hücum əmri verə bilər” - Üç ölkə Rusiyaya qarşı anlaşdı

İsveç Baltikyanı bölgədəki təhlükəsizlik şərtlərinin pisləşməsi fonunda bu həftə Norveç və Danimarka ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq.

Pravda.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Agentliyin məlumatına görə, Stokholm Rusiya ilə gərginliyin artması səbəbindən silahlı qüvvələrini yenidən qurmağa qərar verib. İsveç Müdafiə naziri Peter Haltkvist üç Skandinaviya ölkəsi arasında hərbi əməkdaşlığın gücləndirilməsinin “potensial antaqonist”in qarşısını almağa kömək edəcəyini vurğulayıb.

“Gərginlik yaranarsa, bölgədəki planlarımızı əlaqələndirməklə daha yaxşı hazırlaşacağıq”, - nazir deyib.

Nazirin sözlərinə görə, İsveç Moskvanın siyasi məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu bilir:

“Gərginliyin qarşısını almaq üçün bu bölgədəki digər ölkələrlə əməkdaşlığımızı daha da dərinləşdiririk”.

Teleqraf.com

Tarix: 25 Sentyabr 2021, 00:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin