BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin yeni PUA-sı “Aksungur” nümayiş olundu - VİDEO

Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan pilotsuz uçuş aparatı (İHA) “Aksungur” TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında nümayiş olunub.

Pravda.az xəbər verir ki, TUSAŞ İHA Sistemlərinin director köməkçisi Ömər Yıldız bildirib ki, hazırda il sonunadək Türkiyə Silahlı Qüvvələrinə (TSK) vermək üçün 4 “Aksungur” hazırlanır. 50 saatdan çox havada qala bilən “Aksungur” 18 aya hazırlanıb. Ondan hərbi məqsədlə ilk olaraq Hərbi Dəniz Qüvvələri istifadə edəcək.

“Aksungur” uzun müddət havada qala bilir ki, bu da zaman itkisini aradan qaldırır.

 

 
 

Tarix: 25 Sentyabr 2021, 01:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin