BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban” onları belə cəzalandıracaq

“Taliban”ın qurucularından olan Molla Nuruddin Turabi oğrulara tətbiq olunacaq cəzanı açıqlayıb.

Pravda.az xəbər verir ki, “The Associated Press”ə danışan Turabi oğrular üçün tətbiq olunan əl kəsmə cəzasının geri gətiriləcəyini deyib.

“Heç kim bizə qanunlarımızın necə olmalı olduğunu deyə bilməz. İslama riayət edəcəyik və qanunlarımızı “Quran”a görə yaradacağıq”, - o bildirib.

O əlavə edib ki, bu cəza “Taliban”ın ilk dönəmlərindən fərqli olaraq, stadionlarda icra olunmayacaq.

Tarix: 25 Sentyabr 2021, 09:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin