BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiyada yoxsulluğun səviyyəsini minimuma endirmək lazımdır"

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçən partiyaların rəhbərliyi ilə onlayn formatda təşkil olunan görüşdə ölkədə yoxsulluğun səviyyəsini minimuma endirmək lazım olduğunu bildirib.

 

Pravda.az-ın xəbərinə görə, o, həmçinin səhiyyə və təhsil səviyyəsini yaxşılaşdırmağa çağırıb.

 

"Ölkədəki yoxsulluğun səviyyəsini minimuma endirmək, xeyli sayda insanı oradan çıxarmaq lazımdır. Gəlirləri az olan ailələrdə uşaqların həyat şəraitini, inkişafını, təhsilini və sadəcə qidalanmasını yaxşılaşdırmaq, hər kəs üçün yüksək keyfiyyətli müasir təhsilin, səhiyyənin səviyyəsini və əlçatanlığını artırmaq, iqtisadiyyatın strukturunda yüksək texnologiyalı sənayelərin xeyirinə dəyişiklikləri davam etdirmək lazımdır", - deyə Putin bildirib.

 

Rusiya Prezidenti əlavə edib ki, bu, son dərəcə çətin, lakin tam olaraq prioritet bir məsələdir.

Tarix: 25 Sentyabr 2021, 19:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin