BURADA REKLAMINIZ OLA
BİLƏR

"Cinsi ehtirası söndürmək üçün müəyyən kuklalar və digər vasitələr yaradırlar" - Sərdar Cəlaloğlu

“Bəzi məsələlərin süni surətdə şişirdilməsi gündəmin dəyişdirilməsi və problemi əsassız olaraq qabartmaq məqsədi daşıyır. Məsələn, son zamanlar cinsi azlıqlarla əlaqədar süni gündəm yaratmaq meylləri özünü açıq şəkildə büruzə verir. Normalda Azərbaycanda cinsi azlıqlarla bağlı hər hansı problem yoxdur. Amma müşahidə edirsən ki, bu mövzu süni şəkildə ortaya atılır, qabardılır, onun ətrafında hansısa müzakirələr aparırlar. Bu, yolverilməzdir. Daha ciddi problemlərimiz var. Sosial rifah, təminat kimi məsələləri bir kənara ataraq süni şəkildə bu məsələnin qabardılması təsadüfi deyil”.

 

Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son zamanlar ölkəmizdə bir qrup insanın süni şəkildə cinsi azlıq məsələsini gündəmə çevirmək istəklərindən danışarkən deyib.

 

S. Cəlaloğlunun fikrincə, elə məsələlər var ki, qlobal təzahürlərdir: “Diqqət etsəniz görərsiniz ki, Avropada belə şəxslərin hüquqları daha üstündür. Onlara hər cür haqq tanınır və müdafiə olunur. Bunu da mədəni insanlığın inkişafı kimi təqdim edirlər. Əlbəttə, bu əqidənin sahibləri arasında həmrəylik var. Hər kəs istəyir ki, öz əqidəsini yaysın, təbliğatını aparsın. Bu səbəbdən də Azərbaycanda belə insanlar bu işlər üçün ola bilsin ki, qrantlar əldə edirlər. Qrant verənlərə də maraqlıdır ki, bu istiqamət inkişaf etsin. Amma burada təəccüblü heç nə yoxdur. Hesab edirəm ki, biz özümüzün passivliyindən danışmırıq, amma başqalarının fəallığı haqqında müzakirə aparırıq. Biz özümüz belə məsələlərdə fəal olmalıyıq”.

 

ADP sədri əlavə edib ki, Avropada ən məşhur siyasətçilər də belə qruplarda olurlar: “Cəmiyyətlərin buna münasibəti bəllidir. Bunlara xəstə insan kimi baxmaq lazımdır. Amma onlardan vasitə kimi istifadəyə imkan vermək olmaz”.

 

S. Cəlaloğlu düşünür ki, bu istiqamətin təbliğ edilməsinin arxasında yalnız sosial-siyasi deyil, digər səbəblər də dayanır: “Bunun əsas məqsədlərindən biri cəmiyyətlərdə təbii artımın qarşısını almaqdır. Buna paralel olaraq abortları təbliğ edilər. Digər tərəfdən, çoxlu uşaq dünyaya gətirməyin əleyhinə çıxışlar edirlər. Həmçinin eynicinsli ailələrin təbliğatını aparırlar. Eyni zamanda impotesiyanı yaradan qidalar istehsal olunur. Cinsi ehtirası söndürmək üçün müəyyən kuklalar və digər vasitələr yaradırlar. Burada məqsəd dünyada insan artımının qarşısını almaq, ölkələri zəif salmaq, ona qarşı basqı edib istəklərə nail olmaqdır”.

 

Reyting.az

Tarix: 26 Sentyabr 2021, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin